Bakıda içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Sabah Bakının bəzi küçələrinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 1news.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, abunəçilərin diqqətinə çatdırılır ki, Bakı şəhəri Nizami rayonu ərazisində magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar 18 fevral 2016-cı il saat 23:00-dan 19 fevral 2016-cı il saat 18:00-dək Nizami rayonu Ə.Vəliyev, İ.Müzəffəroğlu, Özbəkistan, A.Manafov, Ə.Hacıyev, K.Balakişiyev, T.Abbasov, R.Teymurov, M.Şərifli küçələrinə, eləcə də Q.Qarayev və Babək prospektlərinin, Məhsəti, C.Naxçıvanski, B.Çobanzadə, B.Nuriyev, E.Rüstəmov, E.Süleymanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az