Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

16:07 - 19 / 02 / 2016
Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

Magistratura pilləsi üçün sənəd qəbulunun vaxtı uzadılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytı məlumat yayıb.

Məlumata görə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı fevralın 20-si saat 12-00-dək uzadılıb.

Qeyd edək ki, magistraturaya imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyun 5-də keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl TQDK magistraturaya sənəd qəbulunun fevralın 1-dən 19-dək aparılacağını bəyan etmişdi.

1news.az

Paylaş:
654

Son xəbərlər

Bütün xəbərlər