Türkiyə və Azərbaycan liseyləri arasında əlaqələr genişlənir-FOTO
Yunus Əmrə İnstitutunun Bakı filialının direktoru İbrahim Yıldırım Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində olub.
1news.az xəbər verir ki, liseyin direktoru, professor Qasım Hüseynov bu təhsil müəssisəsinin yaranması, fəaliyyəti, şagirdlərin göstəriciləri barədə qonağa məlumat verib.
İ.Yıldırım Türkiyə liseyləri, onların fəaliyyəti və təhsil sistemi haqqında danışıb, iki ölkənin təhsil müəssisələri arasında əlaqələrin genişləndiyini bildirib.
Görüşdə Türkiyənin aparıcı liseyləri ilə “Gənc istedadlar” liseyi arasında əlaqələrin genişləndirilməsi, birgə olimpiadaların, tədbirlərin keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə olunub.
AZƏRTAC