Respublika çaylarında mövcud vəziyyət açıqlanıb
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-170, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında isə 140-220 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, fevralın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 190 m3/s olmaqla ongünlük normanın 98 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 153 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 87 m3/s olmaqla, ongünlük normanın 114 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 63 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.
Fevralın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Salyanda və Bankədə 2 sm artım, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində isə 15 sm azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 434 sm (2015-ci il fevralın 22-də 356 sm), Şirvanda 315 sm (2015-ci il fevralın 22-də 229 sm), Salyanda 269 sm (2015-ci il fevralın 22-də 179 sm), Bankədə 207 sm (2015-ci il fevralın 22-də 202 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2015-ci il fevralın 22-də 100 sm) təşkil edir.
1news.az