Bakıda Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası keçiriləcək

19:19 - 23 / 02 / 2016
Bakıda Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası keçiriləcək

8-9 mart tarixlərində Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə  Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası keçiriləcək.

1news.az-ın məlumatına görə, 30-dan artıq sabiq dövlət və hökumət başçılarını bir araya gətirən Şuranın iclasında Yunanıstan, Norveç, Ukrayna, İrlandiya, Macarıstan və Kolumbiyanın sabiq prezidentləri iştirak edəcək. Həmçinin, İordaniya, Macarıstan, Tanzaniya, Nigeriya, Kipr və Yamaykanın da sabiq prezidentləri və baş nazirləri iclasa qatılacaq.

İclasda Kanadanın sabiq baş naziri Jan Çretyen, Avstriyanın sabiq Kansleri Frank Vranitzki, Latviyanın  sabiq Prezidenti Vaira Viki-Frayberqa, İsgəndəriyyə Kitabxanasının Direktoru İsmayıl Səragəldin məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, Qarşılıqlı Fəaliyyət Şurası 1983-cü ildə müstəqil beynəlxalq təşkilat kimi fəaliyyətə başlayıb. Təşkilat ayrı-ayrı ölkələrin dövlət xadimləri arasında enerji və beynəlxalq sahədə təcrübə mübadiləsinə şərait yaradır.

Şura üzvləri bəşəriyyətin qarşılaşdığı siyasi, iqtisadi və sosial problemlərin həlli məqsədilə tövsiyələr irəli sürür. 30-dan artıq sabiq dövlət və hökumət başçılarından ibarət olan Şura əsasən, beynəlxalq əməkdaşlıq sahəsində sülh və təhlükəsizlik, iqtisadi dirçəliş, universal etik standartlar kimi  istiqamətlər üzrə fəaliyyət göstərir.

1news.az

Paylaş:
758

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər