Əbülfəs Qarayev: "Bakı bəyannaməsi”nin layihəsini BMT-yə təqdim etmişik" | 1news.az | Xəbərlər
Cəmiyyət

Əbülfəs Qarayev: "Bakı bəyannaməsi”nin layihəsini BMT-yə təqdim etmişik"

10:30 - 23 / 02 / 2016
Əbülfəs Qarayev: "Bakı bəyannaməsi”nin layihəsini BMT-yə təqdim etmişik"

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri müzakirə olunub.

1news.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda BMT-nin Sivilizasiyalar Alyansının Azərbaycanda səfərdə olan nümayəndə heyəti də iştirak edib.

Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Nazir bildirib ki, forumun proqramı üzrə iş gedir, ilkin layihə hazırdır:

“Xarici İşlər Nazirliyi ilə birlikdə “Bakı bəyannaməsi”nin layihəsini hazırlayıb BMT-yə təqdim etmişik. Bəyannamə layihəsi bu günlərdə BMT-nin qərargahında müzakirə olunmaqdadır. Layihə alyansın üzvü olan bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edilib. Sənəddə dünyanı, o cümlədən Azərbaycanı narahat edən bir sıra məsələlər əksini tapıb. “Bakı bəyannaməsi” həm də forumun gələcək dünya proseslərinə təsirini ortaya qoyacaq”.

Nazir diqqətə çatdırıb ki, Forumda iştirak edən qonaqların ölkəmizin mədəniyyət ocaqları, tarixi məkanları ilə tanış olması və Azərbaycanı daha yaxından tanımaları üçün mədəni proqramlar da təşkil olunacaq. Həmçinin gələn qonaqlarla ali məktəblərdə də görüşlərin təşkili də nəzərdə tutulur.

BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və ali nümayəndənin sözçüsü Nihal Saad Forumun Təşkilat Komitəsi ilə sıx əlaqə qurulduğunu və hazırlıqların yüksək səviyyədə getdiyini bildirib.

Forumun proqramının müəyyən edildiyini qeyd edən Nihal Saad plenar və qrup sessiyalarında müzakirə olunacaq mövzular barədə məlumat verib. Bildirib ki, “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” mövzusuna həsr edilən Forumda beynəlxalq ictimaiyyət üçün maraq kəsb edən aktual məsələlər müzakirə olunacaq.

1news.az

Paylaş:
471

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər