Şəkidə dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər müzakirə edilib-FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər müzakirə edilib-FOTO

20:55 - 24 / 02 / 2016
Şəkidə dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər müzakirə edilib-FOTO

Dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr fevralın 24-də Şəkidə keçirilən bölgə seminar-müşavirəsinin əsas müzakirə mövzusu olub.

1news.az-ın məlumatına görə, seminar-müşavirədə Azərbaycan Respublikası Baş Prokurorluğunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Daxili İşlər və Ədliyyə nazirliklərinin rəsmi şəxsləri, bu qurumların Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarındakı yerli strukturlarının rəhbər və məsul nümayəndələri iştirak ediblər.

Tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, dini ekstremizə qarşı mübarizə sahəsində aidiyyəti strukturların fəaliyyətinin əlaqələndirilməsi baxımından seminarın əhəmiyyətini vurğulayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək dini ekstremizmə qarşı mübarizə ilə əlaqədar Komitə tərəfindən silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bugünkü toplantı əvvəlkilərdən fərqli olaraq, əsasən icra strukturları və hüquq mühafizə orqanlarının bu sahədəki qarşılıqlı əlaqələrinin gücləndirilməsi baxımından diqqəti cəlb edir. Seminarın əsas məqsədi ölkəmizdə bu sahədə mövcud vəziyyət barədə iştirakçılara ətraflı məlumat vermək, qarşıda duran vəzifələri müəyyənləşdirməkdən ibarətdir.

Dini ekstremizmin yaranma səbəbləri barədə məlumat verən Səyavuş Heydərov deyib ki, heç bir din insanları qarşıdurmaya, müharibəyə, münaqişəyə cəlb etmir. Əksinə, bütün dinlər insanları sülhə, həmrəyliyə, birgə yaşayışa çağırır. Vurğulanıb ki, bu gün dünyada geopolitik maraqlar çox təhlükəli həddə gəlib çatıb. Bəşəriyyət böyük təhlükə ilə üzləşib. Bunu Yaxın Şərqdə, Suriyada baş verən hadisələr bir daha sübut edir. Bu vəziyyəti yaradan qüvvələr, ölkələr artıq özləri də başa düşürlər ki, idarə olunan xaos yaratmaqla dünyada hökmranlığa sahib ola bilməyəcəklər. S.Heydərov bildirib ki, dünyada din amilindən siyasi vasitə kimi istifadə olunur. Belə bir zamanda vətəndaşlara əsil həqiqəti çatdırmaq üçün bütün imkanlar səfərbər edilməli, qabaqlayıcı tədbirlər görülməli, geniş maarifləndirmə işi aparılmalıdır.

Seminarda Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev, Ədliyyə Nazirliyinin şöbə müdiri Şəhla Mehtiyeva, Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi Əbülfət Rzayev və başqaları çıxış edərək, dini ekstremizmə qarşı mübarizə sahəsində qəbul olunan qanunvericilik aktlarından danışıb, bu sahədə nəzərdə tutulan və həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Vurğulanıb ki, bu gün dünyada sivilizasiyaların qarşıdurması müşahidə olunur. Dini zəmində münaqişələrin, dini radikalizm və ekstremizmin artması, islamofobiya və antisemitizm meyillərinin güclənməsi buna əyani sübutdur. Bu mənada, müxtəlif dini inanclara malik insanların əsrlər boyu sülh şəraitində yaşadığı Azərbaycan dünyaya nümunə ola biləcək bir dövlətdir. Təsadüfi deyildir ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub.

Diqqətə çatdırılıb ki, son dövrlərdə dini radikalizm və dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsi üçün ölkəmizdə mühüm qanunvericilik bazası yaradılıb. 2015-ci ilin sonunda Azərbaycanda “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun qəbul olunub. Bu Qanun dini ekstremizmə qarşı mübarizənin təşkilati və hüquqi əsaslarını müəyyənləşdirir, eyni zamanda, belə hallara qarşı mübarizə aparan həm hüquq mühafizə orqanlarının, həm də vətəndaşların vəzifələrini təsbit edir. Seminar-müşavirənin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

1news.az

 

 

Paylaş:
658

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər