Moskvada Azərbaycanın turizm nümayəndəliyi açılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskvada Azərbaycanın turizm nümayəndəliyi açılıb - FOTO

11:03 - 25 / 02 / 2016
Moskvada Azərbaycanın turizm nümayəndəliyi açılıb - FOTO

Moskvada Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizin Rusiyada ilk turizm nümayəndəliyi olan “Tour a Vent” şirkətinin təntənəli təqdimatı keçirilib.

1news.az-ın verdiyi xəbər görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq ölkəmizi təmsil edən ilk turizm agentliyinin açılmasını böyük hadisə adladırıb.

Səfir vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafına xüsusi diqqət yetirir və bu sahənin qeyri-neft sektorunun inkişafında mühüm amil olduğunu diqqətə çatdırır. Azərbaycanın geniş turizm imkanlarından söhbət açan P.Bülbüloğlu turizm operatorlarını respublikamıza qastronomik turlar təşkil etməyə, toplaşanları isə Azərbaycana səfərə dəvət edib.

“Əminəm ki, Azərbaycandan razı qayıdacaqsınız!”, - deyə səfir vurğulayıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov yeni turizm agentliyinin açılmasının iki ölkənin turizm sənayesi arasında əməkdaşlıqda dönüş nöqtəsi olacağını qeyd edib. Rusiyanın Azərbaycanın turizm potensialının inkişafında mühüm rol oynadığını deyən nazirliyin rəsmisi ölkəmizə gələn turistlərin 30 faizdən çoxunu rusiyalıların təşkil etdiyini diqqətə çatdırıb, Moskvada yeni açılan “Tour a vent” agentliyinin bu əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyini söyləyib. V.Şixəmmədov bildirib ki, agentliyin funksiyası Azərbaycanın turizm imkanlarını Rusiya bazarında təbliğ və təmsil etməkdir.

Tədbirdə çıxış edən “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, Rusiya “Turizm Agentlikləri Alyansı” Assosiasiyasının icraçı direktoru Natalya Osipova, Rusiya Turizm Operatorları Assosiasiyasının vitse-prezidenti Dmitri Qorin və başqaları iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişlənməsini yüksək qiymətləndiriblər. Qədim tarixi, füsunkar təbiəti, mülayim iqlimi və ən başlıcası mehriban insanları ilə zəngin Azərbaycanın “Eurovision” mahnı müsabiqəsi, ilk Avropa oyunları, mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin turistlərin bu ölkəyə axınının daha da artmasına səbəb olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, “Formula 1” yarışması barədə, Şahdağ Turizm Mərkəzi, “Jumeirah Bilgah Beach” oteli, Qafqaz otelləri, Park İnn, Naftalan otellərinin nümayəndələri təqdimatlar keçiriblər.

Təqdimat mərasimində, həmçinin Azərbaycan Turizm Assosiasiyası, “Azərbaycan Hava Yolları” QSC ilə Rusiya “Turizm Agentlikləri Alyansı” Assosiasiyası, Rusiya Turizm Operatorları Assosiasiyası, eləcə də Ulyanovsk Turizm Sənayesi Assosiasiyası arasında əməkdaşlığa dair memorandumlar imzalanıb və ikitərəfli görüşlər keçirilib.

Təqdimat mərasimində keçirilən lotereya oyununda Azərbaycana həftə sonu turları, tematik turlar, eləcə də “Formula-1” yarışmasının Qran-pri mərhələsinə biletlər qazanılıb.

1news.az

Paylaş:
476

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər