Niderlannda Xocalı soyqırımın ildönümü ilə əlaqədar aksiya keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Niderlannda Xocalı soyqırımın ildönümü ilə əlaqədar aksiya keçirilib

17:20 - 27 / 02 / 2016
Niderlannda Xocalı soyqırımın ildönümü ilə əlaqədar aksiya keçirilib

Niderland Krallığının Assen şəhərində Xocalı soyqırımının 24-cü  ildönümü ilə əlaqədar aksiya keçirilib.

Aksiya “Odlar Yurdu” təşkilatının sədri Firəngiz Bağırovanın təşəbbüsü ilə “Drenthe” Kollecinin tələbələri tərəfindən təşkil olunub.

Aksiyanın təşkilatçıları Xocalı soyqırımına aid məlumatların əks olunduğu vərəqləri şəhər sakinlərinə təqdim edib, faciənin tarixi haqqında ətraflı məlumat verib, onların suallarını cavablandırıblar.

1news.az

Paylaş:
695

Son xəbərlər

Bütün xəbərlər