ATV: “Regnum” ATV-ni hədəf seçərək Azərbaycan və Rusiya arasındakı münasibətlərə zərər verməyə çalışır - FOTO | 1news.az | Xəbərlər
Siyasət

ATV: “Regnum” ATV-ni hədəf seçərək Azərbaycan və Rusiya arasındakı münasibətlərə zərər verməyə çalışır - FOTO

17:02 - 01 / 03 / 2016
ATV: “Regnum” ATV-ni hədəf seçərək Azərbaycan və Rusiya arasındakı münasibətlərə zərər verməyə çalışır - FOTO

Azərbaycanın ATV telekanalı Rusiyanın “Regnum” informasiya agentliyinin onun ünvanına yazdığı təxribatçı çıxışla əlaqədar bəyanat yayıb.  

Qeyd edək ki, bu gün ATV.az saytında yanlışlıqla“Moskvada metro partladıldı - Dağıntılar altında ölən və yaralananlar var” sərlövhəli xəbər yayımlanıb.

1news.az-ın məlumatına görə, həmin xəbərdə qeyd olunur ki, Rusiyanın “Oktyabr meydanı” metrostansiyasında törədilən terror aktı nəticəsində stansiyanın bir hissəsi uçub və nəticədə xeyli sayda insan dağıntılar altında qalıb. Hətta xəbərdə terror aktının Putinin Suriyadakı siyasətindən narazı olan İŞİD tərəfindən törədildiyi də bildirilib.

Sözügedən xəbəri Rusiyanın bəzi xəbər portalları və Ukrayna saytları tirajlamasına baxmayaraq, ermənilərin idarə etdiyi “Regnum” informasiya agentliyi birbaşa ATV-ni hədəfə alıb.

“Баку “взорвал” метро в Москве: кто выдумал и изобразил теракт в России?” adlı yazıda “Regnum” agentliyi baş verənləri ATV-nin Rusiya və onun çoxmillətli xalqına qarşı cinayəti kimi qələmə verməyə çalışıb.

Məqsəd aydındır: Azərbaycan və Rusiyanı qarşı-qarşıya qoymaq, rusiyalılarda Azərbaycana  qarşı nifrət hissini gücləndirmək. Həmişə olduğu kimi ermənilər yenə də əllərinə düşən fürsətdən ölkəmizə qarşı ən iyrənc formada istifadə etməyə cəhd göstəriblər.

Qeyd edək ki, ermənipərəst agentliyin ittihamlarına ATV-nin cavabı özünü çox gözlətməyib və sayt rəhbərliyi “Regnum” agentliyinə qarşı bəyanatla çıxış edib. Bəyanatda qeyd olunub ki, “Regnum” agentliyi onun yaydığı xəbəri informasiya mahiyyətindən uzaqlaşdırmağa cəhd edərək, əsl motivini Azərbaycanla Rusiyanın qardaşlıq əlaqələrinə kölgə salmaq niyyətini güdüb.

“Daimi erməni terrorundan əziyyət çəkən xalq kimi bu xəbərin düz olmadığına və dost Rusiya xalqının itkilərlə üzləşmədiyinə görə sevindik. Amma ermənilərin idarə etdiyi “Regnum” agentliyinin əsl niyyətinin elə ATV ilə bağlı yaydığı xəbərdə də görmək mümkündür”- deyə, bəyanatda qeyd olunub.

Qeyd edək ki, bundan əlavə ATV saytı istinad etdiyi xəbərin linkini və digər istinadları skrin olaraq təqdim edib:

Qeyd edək ki, “Regnum”informasiya agentliyi dəfələrlə açıq aşkar şəkildə Azərbaycanın ərazi bütövlüyünə hörmət olunmadığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ermənipərəst mövqedən ifadə olunduğu materiallar dərc edib.

1news.az dəfələrlə öz səhifələrində bu mövzunu işıqlandırıb

Mövzu ilə əlaqədar oxuyun:

Кто и в каких целях выпускает джинна из бутылки? 

Сможет ли «Газпром» превратить «дешевый» Regnum в нормальное СМИ?

Армянский РЕГНУМ продолжает развлекать 

Осечка армянского агентства РЕГНУМ: армянская армия больше не «самая боеспособная» в мире? 

1news.az

Paylaş:
849

Son xəbərlər

Yağış, duman, külək - Baza gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39
Bütün xəbərlər