Göygöldə başı və boğazı kəsilmiş yaşlı kişi meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə başı və boğazı kəsilmiş yaşlı kişi meyiti tapılıb

18:30 - 01 / 03 / 2016
Göygöldə başı və boğazı kəsilmiş yaşlı kişi meyiti tapılıb

Göygöl rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, hadisə dünən adıçəkilən rayonun Çaykənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 92 yaşlı Kamil Məmmədovun baş və boğaz nahiyələrində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evində tapılıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1news.az

 

Paylaş:
482

Son xəbərlər

Bütün xəbərlər