Neftçala sakinindən “Kalaşnikov” götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçala sakinindən “Kalaşnikov” götürülüb

1news Redaksiyası20:59 - 01 / 03 / 2016
Neftçala sakinindən “Kalaşnikov” götürülüb

Polis evində odlu silah saxlayan şəxsi saxlayıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Məharət İbadovun həyətindən “AK-74” markalı silah, 60 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.

1news.az

 

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər