Azərbaycanda qonşusunu bıçaqlayan məktəb direktoru qardaşının qəbri üstündə özünü güllələyib – FOTO
Lerik rayonunda intihar hadisəsi baş verib.
1news.az-ın rayon Polis İdarəsinə istinadən verdiyi xəbərə görə, hadisə gecə saatlarında rayonun Veri-Əliabad kəndində qeydə alınıb.
Belə ki, Veri-Əliabad kənd orta məktəbinin direktoru Adil Yaqub oğlu Rəhimov şəxsi münaqişə zəminində qonşusu və uzaq qohumu olan 40 yaşlı Seyid Balakişi oğlu Qurbanova çoxlu bıçaq zərbəsi vurub.
Ağır bədən xəsarətləri alan S.Qurbanov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.
Baş verən hadisədən sonra A.Rəhimov kənd qəbiristanlığına gələrək Qarabağda şəhid olmuş qardaşının məzarı üstündə ov tüfəngi ilə özünü güllələyib. O, aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
Hazırda rayonun hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.
1news.az