Xorvatiyanın sabiq prezidentləri IV Qlobal Bakı Forumunda iştirak edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Xorvatiyanın sabiq prezidentləri IV Qlobal Bakı Forumunda iştirak edəcəklər

15:30 - 02 / 03 / 2016
Xorvatiyanın sabiq prezidentləri IV Qlobal Bakı Forumunda iştirak edəcəklər

Xorvatiya Respublikasının sabiq prezidentləri Stepan Mesiç və İvo Yosipoviç Azərbaycana səfər edəcəklər.

1news.az-ın məlumatına görə, keçmiş dövlət başçıları 10-11 mart tarixlərində Bakı şəhərində keçiriləcək “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən IV Qlobal Bakı Forumunda iştirak edəcəklər.

Nəzərinizə çatdıraq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri  müzakirə olunacaq. Bundan başqa, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.

Qeyd edək ki, Stepan Mesiç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvüdür. Hər iki sabiq prezident 2015-ci ilin 28-29 aprel tarixlərində Bakı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusunda keçirilmiş III Qlobal Bakı Forumunda iştirak ediblər.

1news.az

Paylaş:
566

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər