Hüseyn Bağırov Siyəzəndə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüseyn Bağırov Siyəzəndə vətəndaşları qəbul edəcək

17:20 - 02 / 03 / 2016
Hüseyn Bağırov Siyəzəndə vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov martın 11-də Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

1news.az-ın məlumatına görə, saat 10:00-da başlayacaq qəbulda Siyəzənlə yanaşı Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonlarının sakinləri də iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 055-768-19-10, 023-323-00-14) xahiş olunur.

1news.az

Paylaş:
535

Son xəbərlər

Bütün xəbərlər