BMT yanında nümayəndəlik: “Dağlıq Qarabağ münaqişəsində bütün itkilərin yeganə səbəbi Azərbaycanın ərazilərinin işğalıdır” | 1news.az | Xəbərlər
Siyasət

BMT yanında nümayəndəlik: “Dağlıq Qarabağ münaqişəsində bütün itkilərin yeganə səbəbi Azərbaycanın ərazilərinin işğalıdır”

19:28 - 02 / 03 / 2016
BMT yanında nümayəndəlik: “Dağlıq Qarabağ münaqişəsində bütün itkilərin yeganə səbəbi Azərbaycanın ərazilərinin işğalıdır”

"20 ildən çoxdur Azərbaycan və Ermənistan arasında beynəlxalq silahlı münaqişə gedir".

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə 1 mart tarixində BMT İnsan Hüquqları Şurasının 31-ci sessiyasının yüksək səviyyəli seqmenti zamanı Ermənistanın xarici işlər nazirinin çıxışına cavab olaraq Azərbaycan nümayəndə heyətinin üzvünün çıxışında deyilib.

Çıxışda bildirilib ki, münaqişə zamanı hər iki tərəfdən çoxsaylı itkilər olub:

“Bütün bu itkilərin yeganə səbəbi Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun Ermənistan Respublikası tərəfindən hərbi işğalıdır. Yaxşı məlum olduğu kimi, bir ölkənin başqa bir ölkənin ərazisini qanunsuz işğal etmək üçün güc tətbiq etdiyi və münaqişəni sülh yolu ilə həll etmək barədə beynəlxalq öhdəliklərə məhəl qoymadığı halda Ermənistanın özünü qurban ölkə elan etməsi və Azərbaycanın güc tətbiq etməməyə dair öhdəlikləri yerinə yetirməməsi barədə iddiaları gərəksizdir.

Bu cür iddialar işğalçı tərəfindən yaradılmış hazırkı vəziyyətin qanuniləşdirilməsini qaçılmaz etməklə yanaşı, qeyri-qanuni işğal nəticəsində əldə olunan nəzarətin qorunub saxlanmasına xidmət edir, ədalətin qələbə çalması əvəzinə cəzasızlığı təşviq edir. 1992-ci ildə Ermənistan tərəfindən kobud şəkildə pozulmuş güc tətbiq etməmək barədə prinsiplər BMT TŞ-nin hələ də yerinə yetirilməyən 4 qətnaməsində göstərildiyi kimi, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarından tam çıxarılması ilə qüvvəyə düşməlidir. Bu, münaqişənin yeganə həll yoludur”.

1news.az

Paylaş:
604

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər