Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək

10:54 - 03 / 03 / 2016
Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək

Gənclər və idman naziri Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gənclər və idman məsələlərinə məsul nazirlərin 1-ci iclasında iştirak etmək məqsədi ilə İstanbul şəhərinə yola düşüb. 

1news.az-ın məlumatına görə, martın 4-də keçiriləcək icals Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında 2009-cu ildə keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısında imzalanmış Naxçıvan Sazişi çərçivəsində təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), konkret layihələr vasitəsilə Türkdilli ölkələr və xalqları arasında əhatəli əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.

İclas zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında keçiriləcək 2-ci Dünya Köçəri Oyunları, Türkdilli Dövlətlərin Universitet İdman Oyunları (Türk Universiadası), Gənclər Festivalı, Gənclər düşərgəsi və s. tədbirlərin müzakirəsi nəzərdə tutulub.

İclasda 2016-cı ildə Gənclər Festivalının, 2017-ci ildə  Türk Şurası gənclər və idman məsələlərinə məsul nazirlərin 2-ci iclasının və 2018-ci ildə Türkdilli Dövlətlərin Universitet İdman Oyunlarının (Türk Universiadası) Azərbaycanda  təşkili məsələlərinə də baxılacaq.

Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının fəaliyyəti çərçivəsində nazir Azad Rəhimovun çıxışı nəzərdə tutulub.

1news.az

 

Paylaş:
582

Son xəbərlər

DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24
Bütün xəbərlər