Rusiya Suriyadan niyə gedir? | 1news.az | Xəbərlər
Köşə

Rusiya Suriyadan niyə gedir?

18:03 - 15 / 03 / 2016
Rusiya Suriyadan niyə gedir?

TASS informasiya agentliyinin məlumatına əsasən bu gündən etibarən RF-nin əsas hərbi qüvvələrinin Suriyadan çıxarılması haqqında Rusiya prezidenti Vladimir Putinin əmri qüvvəyə minir.

Daha əvvəl xəbər verildiyinə görə Rusiya prezidenti bir gün öncə bəyan edib ki, “ Suriyada Müdafiə Nazirliyi qarşısında qoyulan vəzifələr tam olaraq yerinə yetirilib”.

“15 mart tarixindən etibarən Suriya Ərəb Respublikasından hərbi qruplaşmaların əsas hissəsinin çıxarılmağını əmr edirəm”, -deyə o, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüş zamanı söyləyib.

Xatırladaq ki, 27 fevraldan başlayaraq Suriya hökumət qoşunları  və mötədil müxalifət qüvvələri arasında atəşkəs rejimi  qüvvədədir. Onun məqsədi hərbi münaqişənin tezliklə həll olunması üçün konstruktiv dialoqun qurulması və milli barışığın əldə edilməsidir.

Atəşkəs rejimi BMT tərəfindən terror təşkilatı kimi qəbul olunan qruplaşmalara şamil edilmir. Onlara qarşı dövlət qoşunları, mötədil müxalifət, Rusiya Federasiyası Hərbi Hava Qüvvələri və ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrə hərbi əməliyyatları davam etdirir.

Rusiya KİV-nin verdiyi məlumata görə bazar etrəsi Putinlə  Suriya prezidenti Bəşər Əsəd arasında  telefon danışığı olub. Dövlət başçıları razılaşıblar ki, Rusiya hərbi qüvvələrinin Tartusda ( dəniz) və Hmeymimdəki (aviasiya) baza bölmələri hələ ki, əvvəlki rejimdə fəaliyyət göstərəcək. Onlar qurada, suda və havada güvənli müdafiə olunmalıdır.

RF prezidenti mətbuat katibi D. Peskovun sözlərinə görə, Suriyada qalan kontingent atəşkəs şərtlərinə riayət olunmasına nəzarət funksiyasını həyata kiçirəcək.

30 sentyabr 2015-ci ildə  Federasiya Şurası rus ordusunun xaricdə hərbi əməliyyatlarda iştirakına  yekdilliklə səs verib. Bu qərar da həmçinin qüvvədə qalacaq.

Suriya əməliyyatlarına RF Hərbi Hava Qüvvələrinin uzaq strateji aviasiyası da cəlb olunmuşdu.  Təyyarələr 9 min hərbi uçuş edib. Bununla yanaşı terrorçular və onların infrastrukturunun məhv edilməsi üçün RF Hərbi Dəniz Qüvvələri və “Rostov- na- Donu” sualtı gəmisindən istifadə olunub. Onlar vasitəsilə  “Kalibr” yüksəkdəqiqlikli, qanadlı raketlərindən terrorçuların bazalarına  yaylım atəşi açılıb. Rusiya hökumətinin son qərarının nə ilə bağlı olduğu, bununla Rusiyanın Suriya münaqişəsindən uzaqlaşmaq istəməsi, Yaxın Şərq regionu ilə bağlı onun gələcək addımları hansı istiqamətdə olacağı ilə bağlı  fikirlərini 1news.az-a müsahibəsində tarix elmləri doktoru, REA (Moskva) Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi və regional proqram koordinatoru, professor Alerksandr Knyazev bildirib.

Knyazyevin sözlərinə görə hələ ki, rusiya hərbi qruplaşmalarının Suriyadan çıxarılması parametrləri aydın deyil. 

“Bu ilk növbədə ondan ibarətdir ki, Suriya hökuməti ilə anti-hökümət qüvvələri arasında danışıqlar prosesi müşahidə olunur. “Əsas qüvvələrin çıxarılması haqqında bəyanat Rusiya tərəfindən  “xoşməramlı jest” kimi həyata keçirilib.

Moskva “beynəlxalq hüquqa” və razılaşmaların təsirli olacağına ümid edərək  tam güc siyasətindən uzaqlaşmağa çalışır. Şəxsən məndə bu hal şübhələr yaradır. Cünki kəskinləşən qlobal rəqabət şəraitində istənilən “xoş məram” güc vasitəsilə möhkəmləndirilməlidir”,- deyə A.Knyazev bildirib.

Politoloq ABŞ-ın gələcək planlarına, Səaudiyyə Ərəbistanının Suriyadakı Ər-Riyad qruplaşmasına dəstəyinə də şübhəli yanaşıb.

“Ümumiyətlə, qorxuram ki, qoşunların çıxarılması haqqında bəyanat qısamüddətli olsun. Çox güman ki, Kremldə də bunu anlayırlar ki, yalnız qoşunların rotasiyasından, Hərbi hava qüvvələrinin başqa xarakterli bölmələrlə əvəzlənməsindən  söhbət gedə bilər. Rusiyanın Suriyadan, ümumilikdə isə Yaxın  Şərqdəki vəziyyətdən uzaqlaşması haqda danışmaq çətin olar.

Eyni zamanda Moskvanın özünün alternativ fikirləri var.

Belə ki, beynəlxalq münasibətlər üzrə ekspert Vladimir Frolov “Slon” nəşriyyatına verdiyi məqalədə qeyd edir ki, “hələ ki, xırda itkilərlə uğurlar bitməyənə qədər getmək lazımdır”.

“Belə ki, Körfəz ölkələrindən müxalifətə Liviyadan zenit-raket komplekslərinin (martın 12-də bu raketlə Suriyanın MİQ-21 vurulub) ələ keçirilməsi və müxalifət dəstələrində səudiyyəli və türk xüsusi təyinatlıları ilə bağlı kəşfiyyat faktları əldə edilib. Müharibənin davam etdirilməsi yaxşı nəsə bəşx etmir, Əfqanıstan və İraqın kölgəsi isə daha aydın görünməyə başlayırdı”,- Frolov əmindir.

Lakin, ekspertin fikrincə Rusiya-Amerika əməkdaşlığının yoxdan dirçəlişi – əməliyyatın vacib siyasi nəticəsidir.

“ABŞ-la əldə edilən döyüşlərin müvəqqəti kəsilməsi ilə bağlı razılaşma Rusiya-Amerika münasibətlərində birgə barışıq əlaməti olaraq əks ertdirilir. Bu, yerli və regional oyunçuların əsasən də yuxarıdan çərçivəyə alınmış siyasi nizamlanma sahəsinə çıxmağa məcbur edəcək” – o, təhlil edir.

Bununla belə, ekspertin fikrincə Suriya münaqişəində Yaxın Şərqdə Rusiya-Amerika qarşıdurmasının ikiqütblü fotmatı dirçəlir:

“Moskvadan göründüyü kimi, Vaşinqtonla münasibətdə bu format – qlobal gücün aparıcı elementi olaraq və eyni zamanda qarşılıqlı təmkinin proqnozlaşdırılmasının təminatı kimi çıxış edir. Deməli, regional və qlobal sabitlik birqütblü dünyadan yeni dünya düzəninə keçid kimi dəyərləndirilir”.

Frolov həmçinin hesab edir ki, Kremlin ciddi nailiyyəti olaraq Əsədin müdafiəsindən tutmuş Liviya ssenarisinədək olan məsələni: Əsəd hakimiyyətdən çoxtərəfli danışıqlar prosesindən sonra gedəcək, bu da “Suriyadaxili müstəqillik qərarını” yüksək güclərin xeyir-duasına buraxacaq.

Hazırda Frolovun fikrincə, əsas olaraq Moskva ABŞ-la yeni ikiqütblülük üzrə Suriyaya tətbiq etdiyi modeli Ukraynada Donbasa edə biləcəkmi məsələ dayanır.

“Lakin Ukrayna ilə bu, alınmayacaq. Belə ki, Kiyev Minsk qrupunun razılaşmasından imtina edəcək və Donbasın Rusiya qaytarılması şərtini qəbul etməyəcək. Məsələ burasındadır ki, “ikiqütblülük modeli” qlobal və regional sabitliyi qoruyaraq digər oxşar hadisə və mövqelərdə də işləyə biləcəkmi. Yoxsa “universallıq” alınmayacaq və hər dəfə də yenidən qurularaq açıq qalacaq”, - o, sonda sözlərinə yekunlaşdırıb.

1news.az

Paylaş:
2887

Sizin üçün xəbərlər

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər