Amal Kluni: “Mən Ermənistanda mədəniyyətlərarası qarşılıqlı anlaşmaya dəstək proqramında iştirak edirəm”
Beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssis, vəkil Amal Kluni Azərbaycanın ünvanına tənqidi fikirlər səsləndirib. O, bildirib ki, Azərbaycanda ifadə azadlığı hüququ təmin olunmur.
Bununla yanaşı Xədicə İsmayılın vəkili olan Kluni bəyan edib ki, müdafiə etdiyi şəxsi görə sonunadək “azadlığa çıxacağı zamana dək” mübarizə aparacaq, “İndiki zaman” məlumat verib. “Azərbaycan Avropa İttifaqının üzvlüyündə qalıb... Bu bizim hər birimizi narahat etməlidir”, - deyə Kluni müsahibəsində vurğulayıb.
Vəkil əcdadlarının erməni əsilli olması məsələsinə də aydınlıq gətirib. “Mənim Ermənistanı təmsil etməyimlə bağlı fakt, erməni olduğum anlamına gəlmir”,-o, qeyd edib.
Öz növbəsində həbsdə olan X.İsmayılova Azadlıq radiosuna göndərdiyi məktubda bildirib ki, o, Klunini vəkil olaraq seçəndə onun milliyəti ilə bağlı sual verməyib: “...cünki sivil insanlar belə suallar vermir”.
Kluni, həmçinin təsdiq edib ki, əri Corc Kluni tərəfindən maliyyələşdirilən Ermənistanda mədəniyyətlərarası qarşılıqlı anlaşmaya dəstək proqramında iştirak edir.
Xatırladaq ki, Hollivud aktyoru Corc Kluninin arvadı Amal Kluni daha əvvəl İnsan Haqları üzrə Avropa Şurasında Ermənistanın maraqlarını müdafiə edib. (Doğu Perinçek İsveçrəyə qarşı” işində)
“İsveçrə- Ermənistan” assosiasiyası erməni soyqırımını inkar edən türk milliyətçi Perinçekin irqi diskrimansiya etməsinin təsdini tələb edirdi.
Amal Kluni 3-cü tərəfin (Ermənistanın) təmsilçisi kimi bu hadisəni inkar edənləri ikiüzlülükdə ittiham edib.
“Ermənilərin bir əsr əvvəl məruz qaldığı soyqırımının həqiqiliyinə şübhə etmək mümkün deyil. Ermənilər öz sözlərini məhkəmədə bildirməlidir. İmkanlar bu qədər yüksək olmamışdı”, - Kluni bildirib.
Vəkil həmçinin məhkəmə iştirakçılarına bildirib ki, Perinçek tərəfindən “söz azadlığı” ifadəsi ikiüzlülükdür. Kluninin sözlərinə görə, Türkiyə özü bu demokratik prinsipdən uzaqlığı ilə tanınır.
İşə fasilələrlə on ildir ki, baxılır. 2005-ci ildə Türkiyə Fəhlə Partiyasının lideri Doğu Perinçek İsveçrədə bir neçə konfransda çıxış edərək Osmanlı İmperiyasında erməni soyqırımını “benəlxalq yalan” adlandırıb.
Bundan sonra “İsveçrə-Ermənistan” assosiasiyası türkiyəli siyasətçini məhkəməyə verib. 2007-ci ildə Lozanna məhkəməsi Perinçeki irqi ayrı-seçkiliyə görə günahkar bilib. Lakin o, 2008-ci ildə söz azadlığı hüququnun pozulması ittihamı ilə Avropanın İnsan Hüquqları Məhkəməsinə İsveçrəni şikayət edib.
2013-cü ildə Avropanın İnsan Hüquqları Məhkəməsi bu şikayəti təmin edib. İsveçrə bu qərarla bağlı 2014-cü ilin martında appelyasiya şikayəti irəli sürüb.
Sonda məhkəmə D.Perinçekin xeyrinə hökm qəbul edib. Dünya erməniləri isə növbəti dəfə biabırçılığın acılığını dadıb.
Amal Kluni (subaylıq soyadı Alamuddin) Oksford Universitetini və Nyu-Yorkda hüquq məktəbini bitirib.
52 yaşlı Corc Kluni və 36 yaşlı Amal Alamuddin toy mərasimi 2014-cü ilin 27 sentyabrında Venesiyada baş tutub.
1news.az