Novruz Məmmədov: “Azərbaycan-Qərb münasibətlərində problemlər aradan qalxmaq üzrədir” | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: “Azərbaycan-Qərb münasibətlərində problemlər aradan qalxmaq üzrədir”

23:00 - 16 / 03 / 2016
Novruz Məmmədov: “Azərbaycan-Qərb münasibətlərində problemlər aradan qalxmaq üzrədir”

“Son vaxtlar Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər dinamik inkişaf edir”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlərlə bağlı bildirib.

N.Məmmədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Aİ rəhbərləri ilə mühüm konfranslarda, forumlarda apardığı danışıqlar, eyni zamanda Aİ rəhbərlərinin son vaxtlar Azərbaycana səfəri və aparılan danışıqlar münasibətlərin dinamik inkişafını nümayiş etdirir:

“Azərbaycan müstəqilliyinin ilk illərindən dünyada gedən proseslərdə öz yerini tutub. Azərbaycan Avropa ilə daha sıx əməkdaşlıq prinsipi üzərində öz dövlətçiliyini inkişaf etdirməyi qarşısına məqsəd qoyub və bu istiqamətdə uğurla irəliləyir. Rəsmi Bakının bu münasibətlərdə əsas mövqeyi ondan ibarət olub ki, münasibətlərimiz bərabərhüquqlu, ədalətli olsun, qarşılıqlı hörmət və anlaşma üzərində qurulsun. Belə olmasa, bu əməkdaşlıq uğurlu ola, gələcəyi təmin edə bilməz. Son vaxtlar bu istiqamətdə Azərbaycanla Avropa İttifaqı arasında anlaşma var. Son illər gedən prosesin nəticəsi olaraq ən azı “Şərq tərəfdaşlığı”na üzv dövlətlərin hər biri öz yolunu seçdi.

Azərbaycanın öz maraqlarını qorumaq istiqamətində addımlar atdığı və buna nail olduğu üçün Azərbaycanla Avropa İttifaqı arasında müəyyən tərəfdaşlıq, əməkdaşlıq əlaqələrinin inkişafını özündə əks etdirən sənəd üzərində iş gedir. Düşünürəm ki, müəyyən müddətdən sonra bu, həyata keçiriləcək və Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın gələcəyini təmin edəcək. Artıq mənim buna şübhəm yoxdur. Çünki bir müddət əvvəl Avropa İttifaqının xarici siyasət məsələləri və enerji məsələləri üzrə komissarları ölkəmizə gəldilər və münasibətlərin mahiyyəti ilə bağlı öz mövqelərini ortaya qoydular. Tək söz və bəyanatlar deyil, Cənub Qaz Dəhlizi ilə bağlı atılan addımlar da bunu göstərir”.

N.Məmmədov qeyd edib ki, Azərbaycan-Qərb münasibətlərində müəyyən problemlər olub, bu gün bu problemlərin hamısı aradan qalxmaq üzrədir.

1news.az

Paylaş:
793

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər