Bakıda iki nəfər evdə yanaraq ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki nəfər evdə yanaraq ölüb

15:07 - 17 / 03 / 2016
Bakıda iki nəfər evdə yanaraq ölüb

Dünən Bakıda baş verən yanğında iki nəfər dünyasını dəyişib.

1news.az-ın verdiyi xəbərə görə, yanğınlar ayrı-ayrı ünvanlarda qeydə alınıb.

Belə ki, martın 16-da saat 19:00 radələrində Yasamal rayonu ərazisində yaşayan Balağa Quliyevə məxsus evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra arvadı Səriyyə Quliyevanın yanmış meyiti tapılıb.

Daha bir yanğın hadisəsi Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan Rahab Əhmədova məxsus evdə baş verib. Nəticədə 5 kvm. sahədə evin yanar konstruksiyaları yanıb və yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş R.Əhmədov martın 17-də orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
387

Son xəbərlər

Bütün xəbərlər