Abşeronda şirkətə məxsus sexdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda şirkətə məxsus sexdə yanğın olub

09:36 - 17 / 03 / 2016
Abşeronda şirkətə məxsus sexdə yanğın olub

Abşeron rayonunda yerləşən sexlərin birində yanğın olub.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Abşeron rayonu, Digah qəsəbəsində “TUR-M” MMC-yə məxsus sement istehsalı sexinin ümumi sahəsi 1000 kv.m olan anbarında taxta atmalar 250 kv.m sahədə, içərisində olan 2 ədəd dəzgah, taxta altlıqlar və sement kisələri yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində anbarın qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər