Azərbaycanın bütün hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın bütün hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib

15:34 - 22 / 03 / 2016
Azərbaycanın bütün hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib

"Azərbaycan Hava Yolları" QSC H.Əliyev Beynəlxalq Hava Limanında və regional hava limanlarında təhlükəsizlik tədbirlərini yüksəldib.

Bu haqda 1news.az-a AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə həmin tədbirlər "Azərbaycan Hava Yolları"rəhbərliyinin tapşırığı ilə bu gün Brüsseldə baş verən terror aktından sonra gücləndirilib.

Bütün təhlükəsizlik xidməti işçiləri aviasiya təhlükəsizliyinin gücləndirilmiş rejimə keçməsi ilə əlaqədar təlimatlar alıb"- o, deyib.

1news.az

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər