Azərbaycanın Xalq Yazıçısı Maqsud İbrahimbəyov dünyasını dəyişib
Xalq Yazıçısı Maqsud İbrahimbəyov dünyasını dəyişib.
Yazıçı martın 22-də vəfat edib.
Bədii yaradıcılığa 1960-cı illərdən başlayan M.İbrahimbəyov nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə keçmiş sovetlər birliyində tanınıb. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutub ."Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilib.
"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskvanın tanınmış nəşriyyatlarında kütləvi tirajla buraxılıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. "Bayquş gəlmədi" və "Bütün yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycanın Dövlət mükafatı verilib.
Yaradıcılığı hər zaman dövlətimiz tərəfindən yüksək qiymətlədirilən yazıçı bir sıra orden və medallarla təltif olunub.
Allah rəhmət eləsin!