Rusiyada azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyada azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib - FOTO

16:35 - 23 / 03 / 2016
Rusiyada azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib - FOTO

Rusiya hüquq-mühafizə orqanları silahlı qruplaşma yaratmaqda təqsirləndirilən azərbaycanlı barəsində axtarış elan edib.

1news.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1984-cü ildə Bakı şəhərində anadan olan Samir Xanməmmədov qanunsuz silahlı dəstə yaradılmasında iştirak etməkdə təqsirləndirilir. S. Xanməmmədov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.

1news.az

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər