Azərbaycan səfiri etimadnaməsini Küveyt Dövlətinin Əmirinə təqdim edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan səfiri etimadnaməsini Küveyt Dövlətinin Əmirinə təqdim edib - FOTO

17:01 - 23 / 03 / 2016
Azərbaycan səfiri etimadnaməsini Küveyt Dövlətinin Əmirinə təqdim edib - FOTO

Azərbaycanın Küveyt Dövlətində yeni təyin olunmuş səfiri etimadnaməsini Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabaha təqdim edib.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, rəsmi mərasimdən sonra keçirilən görüşdə səfir Elxan Qəhrəman Azərbaycan Prezidenti İlham Əliyevin iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. O, Əmir Şeyx Sabah Əl-Əhmədin Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu qeyd edərək, bu səfərin iki ölkə arasında mövcud səmimi münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inandığını vurğulayıb.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən Əmir Şeyx Sabah Əl-Əhmədə və dost Küveyt xalqına ünvanladığı salamları və xoş arzularını çatdırıb. Diplomat Küveytdə səfir təyin olunmağı ilə əlaqədar qürur hissi keçirdiyini, bu şərəfli vəzifənin üzərinə qoyduğu məsuliyyəti qeyd edərək, Azərbaycan-Küveyt münasibətlərinin daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün var qüvvəsini sərf edəcəyini vurğulayıb.

Əlahəzrət Əmir Azərbaycanla əlaqələrin inkişafını alqışladığını və bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib. Əmir xoş arzularına görə Prezident İlham Əliyevə səmimi minnətdarlığını ifadə edib və öz növbəsində Azərbaycan Prezidentinə salamlarını və Azərbaycan xalqına rifah, inkişaf və tərəqqi arzularını çatdırıb.

Əmir Şeyx Sabah Əl-Əhməd 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfərinin ona bəxş etdiyi xoş təəssüratlarından danışaraq, özünün Azərbaycana səfər etməsi arzusunun yaxın gələcəkdə reallaşacağına ümidvar olduğunu bildirib.

Paylaş:
756

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər