Martın 24-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Martın 24-nə olan hava proqnozu açıqlanıb

12:52 - 23 / 03 / 2016
Martın 24-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 24-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 5-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 15-20° isti,  dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti  olacağı gözlənilir.

1news.az

Paylaş:
1234

Son xəbərlər

Bütün xəbərlər