Havanın temperaturu 26 dərəcəyə çatacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu 26 dərəcəyə çatacaq

15:02 - 24 / 03 / 2016
Havanın temperaturu 26 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 25-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub -qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz  15-20 dərəcə isti, bəzi yerlərdə 23 dərəcəyədək isti, Bakıda gecə 7-9 dərəcə isti, gündüz  18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı, 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 %  təşkil edəcək.               

Azərbaycanın rayonlarında martın 25-də hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12 dərəcə isti, gündüz 18-23 dərəcə isti, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 0-5  dərəcə isti, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcəyədək isti  olacağı gözlənilir.

1news.az

 

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər