İlham Əliyev Yunanıstan prezidentinə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Yunanıstan prezidentinə təbrik məktubu göndərib

11:23 - 24 / 03 / 2016
İlham Əliyev Yunanıstan prezidentinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Yunanıstan Respublikasının prezidenti Prokopis Pavlopulosa təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

1news.az

 

Paylaş:
743

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər