Bakıda nəqliyyat yollarından biri təmir-tikinti üçün bağlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda nəqliyyat yollarından biri təmir-tikinti üçün bağlanır

15:20 - 25 / 03 / 2016
Bakıda nəqliyyat yollarından biri təmir-tikinti üçün bağlanır

Maştağa-Bilgəh- Sabunçu avtomobil yolunun tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının həyata keçirilməsi tədbirləri ilə bağlı 26 mart tarixindən etibarən həmin yolda təmir -tikinti işlərinə start verilir.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə tikinti işləri Bakının Bilgəh qəsəbəsindən başlayaraq  Maştağa qəsəbəsinə qədər davam etdiriləcək.

Qeyd olunan ərazidə tikinti işləri zamanı avtomobil nəqiyyatının fəaliyyəti məhdudlaşdırılacaq.

Sürücülərdən hərəkət üçün alternativ yollardan istifadə etməsi xahiş olunur. 

Paylaş:
593

Son xəbərlər

Bütün xəbərlər