İlham Əliyev Banqladeş prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Banqladeş prezidentini təbrik edib

11:05 - 25 / 03 / 2016
İlham Əliyev Banqladeş prezidentini təbrik edib

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının prezidenti Md. Əbdül Həmidə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Banqladeş arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına sülh və firavanlıq diləyirəm”.

1news.az

Paylaş:
691

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər