Düşmən təxribatının qarşısı alınıb - FOTO
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri martın 26-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnikanı məhv edib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Müdafiənin ön xəttində yerləşən bölmələrimizin açdığı sərrast atəşlə elə ilk mərmilərlə düşmənin hərbi nəqliyyat vasitələri və mövqeləri sıradan çıxarılıb.
Müdafiə Nazirliyi bir daha bildirir ki, Silahlı Qüvvələrimiz düşmənin mülki deyil, yalnız hərbi obyektlərini hədəfə alır. Qarşı tərəf isə həmişə olduğu kimi, yenə də öz itkilərini ictimaiyyətindən gizlədir.
AZƏRTAC
972