Rusiyanın Azərbaycanlı Gənclər Birliyi Moskvada “Nə? Harada? Nə vaxt” intellektual oyunu keçirib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi Moskvada “Nə? Harada? Nə vaxt” intellektual oyunu keçirib - FOTO

20:32 - 26 / 03 / 2016
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi Moskvada “Nə? Harada? Nə vaxt” intellektual oyunu keçirib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskvada “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirib.

Bakıda keçiriləçək “Formula-1” Qran-pri yarışlarına həsr olunmuş turnirdə 26 komanda iştirak edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müşaviri Natiq Əliyev oyunu açıq elan edərək, Rusiyanın azərbaycanlı gəncləri arasında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə turnirin təşkilinə göstərdiyi dəstəyə görə, RAGB-nin sədri Leyla Əliyevaya təşəkkürünü bildirib. Natiq Əliyev qeyd edib ki, 187 ölkədə 500 milyondan çox azarkeşin izlədiyi “Formula 1”-in Bakı mərhələsi unikallığı ilə seçiləçək. “Formula-1” yarışlarının təşkili üzrə işləri davam edir və tezliklə Bakı növbəti dəfə bütün dünyaya idman bayramı yaşadacaq.

Turnirin aparıcısı “Nə? Harada? Nə vaxt?” intellektual oyununun tanınmış iştirakçısı, “Büllur bayquş” mükafatının sahibi Rövşən Əskərov idi. Turnirdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Moskva Dövlət Texniki Universiteti kimi aparıcı ali məktəblərin Azərbaycan klublarının komandaları iştirak edirdi.

Final mərhələsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun komandasına qalib gələn Rusiya Ali İqtisad Məktəbinin “Kəpəz” komandası yarışı birinci pillədə başa vurub. Üçüncü yeri isə Moskva Dövlət Universitetinin “Azərbaycanlı” klubu tutub.

Qaliblərə “Formula-1” yarışlarının xüsusi hədiyyələri, həmçinin Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin medalları, fəxri fərmanları və pul mükafatları təqdim olunub.

AZƏRTAC

Paylaş:
735

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər