XİN: Pakistanda törədilən terror aktını qəti şəkildə pisləyirik | 1news.az | Xəbərlər
Siyasət

XİN: Pakistanda törədilən terror aktını qəti şəkildə pisləyirik

13:28 - 28 / 03 / 2016
XİN: Pakistanda törədilən terror aktını qəti şəkildə pisləyirik

Biz 27 mart tarixində Pakistanın Lahor şəhərində törədilmiş və uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror aktını qəti şəkildə pisləyirik.

 

1news.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev dünən Pakistanda 70-dən çox insanın ölümünə səbəb olan terror aktının törədilməsinə münasibət bildirərkən deyib.

 

“Terrorçu-kamikadzenin uşaqların toplaşdığı məkanı hədəf alması xüsusi narahatedici məqamdır.

 

Biz həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.

 

 

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir”- deyə, H.Hacıyev qeyd edib.

 

1news.az

Paylaş:
812

Son xəbərlər

Bütün xəbərlər