AŞPA prezidenti İntiqam Əliyevin azadlığa buraxılması barədə məhkəmə qərarını alqışlayıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt İntiqam Əliyevin azadlığa buraxılması barədə məhkəmə qərarını alqışlayıb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə P.Aqramunt şəxsi Twitter səhifəsində yazıb.
"Mən hüquq müdafiəçisinin azadlığa buraxılmasını alqışlayıram. Bu, doğru addımdır. Azərbaycanın məhkəmə sistemi həmişə tam müstəqil fəaliyyət göstərir", - deyə P.Aqramunt bildirib.
Qeyd edək ki, bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib. Məhkəmə İ.Əliyevə 5 il şərti həbs cəzası verilməklə azadlığa buraxılması barədə qərar qəbul edib.
1news.az