Təhsil naziri Bərdədə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil naziri Bərdədə vətəndaşları qəbul edəcək

15:54 - 28 / 03 / 2016
Təhsil naziri Bərdədə vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov aprelin 4-də saat 11.00-da Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdaş, Yevlax, Bərdə rayonları və Mingəçevir şəhər sakinlərini qəbul edəcək.

1news.az-a Təhsil Nazirliyindən bildiriblər ki, qəbulda həmin rayonlarda və şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Həmçinin qəbula gəlmək istəyənlər martın 28, 29, 30, 31-də və aprelin 1-də bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

1news.az

Paylaş:
592

Son xəbərlər

Bütün xəbərlər