Azərbaycanın Misirdə yeni təyin olunmuş səfiri etimadnamənin sürətini bu ölkənin XİN rəhbərinə təqdim edib
Azərbaycanın Misir Ərəb Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Tural RzayevMisirin xarici işlər naziri Samih Şukri ilə görüşüb.
Bu haqda 1news.az-a səfirlikdən məlumat verilib ki, görüş zamanı Azərbaycanın Misirdə yeni səfiri təyin olunması ilə bağlı etimadnamənin sürətini təqdim edən səfir T.Rzayev iki ölkə arasında ikitərəfli və çöxtərəfli sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində bütün səylərini səfərbər edəcəyini qeyd edərək, beynəlxalq təşkilatlarda Misir tərəfinin Azərbaycanaverdiyi dəstəyə görəöz təşəkkürünü ifadə edib.
Nazir Samih Şukri öz növbəsində ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu və bu əlaqələrin daha da gücləndirilməsinin və dərinləşdirilməsinin vacibliyini vurğulamış və bu istiqamətdə səfir T.Rzayevə gələcək fəaliyyətimdə uğurlar diləyib.
1news.az