Brüssel terroru Avropanı təmizləyir: “Siyasi mühacirlər” təşviş içində | 1news.az | Xəbərlər
Siyasət

Brüssel terroru Avropanı təmizləyir: “Siyasi mühacirlər” təşviş içində

16:49 - 28 / 03 / 2016
Brüssel terroru Avropanı təmizləyir: “Siyasi mühacirlər” təşviş içində

Brüsseldə terror aktları Avropa İttifaqını hərəkətə gətirdi.

Avropa İttifaqı Yaxın Şərq və Afrika ölkələrindən qaçqın axınının qarşısını almaq üçün ciddi tədbirlər görür. Martın 18-də Türkiyə ilə Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya əsasən, Türkiyədən Yunanıstana gələn bütün qeyri-leqal miqrantlar geri qaytarılır. Martın 22-də Brüsseldə törədilmiş və 31 nəfərin ölümü ilə nəticələnmiş terror aktından sonra isə bütün Avropa İttifaqı ölkələrində ciddi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

Əksər siyasətçilər və ekspertlərin rəylərinə əsasən, Parisdə və Brüsseldə törədilmiş terror aktları bir daha nümayiş etdirdi ki, terrorizm Avropa İttifaqı üçün sistem xarakterli təhlükədir. Bu problemi həll etmək üçün təkcə xüsusi xidmət orqanlarını silkələmək kifayət etmir. Hazırkı dövrə kimi liberal baxışları ilə vəziyyətin kəskinləşməsinə yol vermək istəməyən Avropa siyasətçiləri də artıq sərt tədbirlərin həyata keçirilməsi ilə bağlı səslərini ucaldırlar.

Avropa “müharibə vəziyyətinə” qədəm qoyub

Avropa Şurasının sədri Donald Tusk bildirib ki, “Avropa İttifaqı öz həmrəyliyi ilə cavab verir (terror aktlarına – red.) və Brüsselə, Belçikaya və Bütün Avropaya terror təhlükəsinin qarşısını almaq üçün öz rolunu oynayacaq”. Fransanın baş naziri Manuel Vals isə bəyan edib ki, bu partlayışlardan sonra Avropa “müharibə vəziyyətinə” qədəm qoyub.

ABŞ prezidentliyinə namizəd, milyarder Donald Trampın baş vermiş hadisə ilə bağlı fikirləri isə daha kəskin olub. O, Belçikaya bütün müsəlmanların girişinə qadağa qoymağa çağırıb: “Brüssel yalnız başlanğıcdır. Əvvəllər Brüssel başgicəlləndirici bir yer idi, cinayətkarlıq sıfra bərabər idi. İndi isə bu, dəhşətli bir şəhərdir. Biz də ABŞ-da bununla bağlı çox ehtiyatlı olmalıyıq”.

Brüsselin Molenbek rayonu bütün Avropa üçün nümunəyə çevrilir

Bu xəbərdarlıqlar və qətiyyətli çağırışların arxasınca Belçika mərkəz olmaqla bütün Avropa İttifaqı ərazisində terrorla mübarizə məqsədilə sərt təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə start verilib. Brüsseldə, xüsusilə bu şəhərin Yaxın Şərq və Afrikadan olan şəxslərin kompakt yaşadığı Molenbek rayonunda ardı-arası kəsilməyən antiterror reydləri keçirilir. İnsanlar bir-bir yoxlanılır, onların ölkəyə nə vaxt, haradan, hansı məqsədlə gəldiyi dəqiqliklə araşdırlır. Şəhər təhlükəsizlik orqanları, polis əməkdaşları və hərbçilərlə doludur. Ancaq Molenbek bir nümunədir. Çünki artıq əksər Avropa ölkələrində təkcə son bir ildə deyil, əvvəlki illərdə də qanuni şəkildə sığınacaq almış və ya qeyri-leqal yaşayan şəxslərin əsaslı şəkildə araşdırılmasına başlanılıb.

Azərbaycanlı “siyasi mühacirlər” təşviş içində

Avropa informasiya resurslarının yaydığı məlumata əsasən, yoxlamalar əvvəlki illərdə Avropada sığınacaq tapmış bir çox insanın işində də müəyyən problemlər üzə çıxarıb. Belə ki, müxtəlif ölkələrdən “köhnə qitəyə” üz tutan bəzi insanlar nəyin bahasına olursa olsun, Avropada oturum almaq üçün şəxsi işlərini saxtalaşdırmaqdan belə çəkinməyiblər. Onları arasında guya, öz ölkələrində siyasi fəaliyyətinə, cinsi oriyentasiyasına və digər səbəblərə görə təzyiqlərlə üzləşdiklərini iddia edənlər də var.

O da məlumdur ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən, xüsusilə də 2000-ci ildən sonra xeyli azərbaycanlı bu və ya digər səbəbdən daimi yaşamaq üçün Avropaya köçüb. Əlbəttə, onların hamısının müxtəlif fəndlər işlədərək mühacir adı aldıqlarını iddia etmək çətindir. Ancaq real faktlar əsasında demək olar ki, bir çox insan, xüsusilə də müxalifət partiyaları, QHT və media nümayəndələri məhz sənədlərini saxtalaşdırmaqla, “demokratiya carçısı” imici formalaşdırmaqla öz niyyətlərinə nail ola biliblər.

Məsələn, Azərbaycandan Avropaya köç etmək istəyən şəxslər etiraz aksiyalarında bəzən qəsdən başlarını polis dəyənəyinin altına verməklə, yaxalarını cırmaqla, barmaqlarını kəsib üz-gözlərini qana boyamaqla və bu vəziyyətdə müxalifət qəzetlərində reklam olunmaqla “avtoritar hakimiyyətə” qarşı “barışmaz mübariz”, “üsyankar” obrazı yaradırdılar. Hətta müəyyən pul müqabilində müxalifət qəzetlərində özləri haqqında “faktlarla”, “sübut” və “şahidlərin ifadələri” ilə fantastik materiallar dərc edənlər də tapılırdı. Belə hadisələr əndazədən o qədər çıxmışdı ki, hətta anekdotik hallar da baş verirdi. Çox təəssüf ki, bu qəbildən olanların çoxu Avropa ölkələrinin aidiyyəti instansiyalarını aldadaraq öz planlarını həyata keçirə biliblər.

Terror və qaçqın problemi bəzilərinə düşərli oldu

Hazırda Avropa ölkələrinin dövlət orqanları tərəfindən aparılan araşdırmalar min fırıldaqla Avropada məskən salmış “mühacirlərin”, “mavilərin”, “ermənilərin” vəziyyətini xeyli ağırlaşdırıb. Yenidən sənədlər toplanmalı, dəlil-sübutlar əldə edilməlidir. Məlumata görə bir çoxları artıq Azərbaycanda müxalifət partiyaları ilə əlaqə quraraq bu məsələdə onlara yardım göstərmələrini istəyirlər. Məsələn, kimsə AXCP, Müsavat və ya Milli Şura üzvü olduğunu isbatlamaq üçün Əli Kərimlidən, Arif Hacılıdan, Cəmil Həsənlidən vəsiqə almağa cəhd göstərir, kimisi də “Azadlıq”, “Yeni Müsavat” və digər müxalifət qəzetləri ilə kontakta girib arxiv materiallarını əldə etməyə çalışır. İddiaya görə, artıq yeni məqalələr sifariş edənlər də var və müxalifət bu məsələyə özünəməxsus şəkildə yanaşıb. Məlumata əsasən, AXCP-də “mühacirlər” üçün konveyer üsulu ilə “vəsiqə”, “arayış” və digər “sənədlərin” hazırlanması prosesinə start verilib. Xaricdə yaşayan və çətin situasiya ilə üzləşmiş soydaşlarımızdan birinin iddiasına görə, AXCP arxa tarixlə vəsiqə verilməsi üçün 5 min avro məbləğində planka müəyyənləşdirib.

Görünən odur ki, Avropada terror və qaçqın problemi bəzi Azərbaycan müxalifəti üçün kifayət qədər düşərli olub. Hər halda, bəzi partiyalar bu situasiyadan istifadə edərək yaxşı pul qazanmağa çalışırlar. Ola bilsin QHT və bəzi media vasitələri də bu imkandan yararlanacaqlar. Mirzə Ələkbər Sabir demişkən, “millət necə tarac olur olsun, nə işim var”.

AzNews.az

Paylaş:
775

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər