Bakıda oğurluqla məşğul olan cinayətkar dəstə tutulub
Polis Bakıda oğurluqla məşğul olan cinayətkar dəstəni saxlayıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Xəzər polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də Bakı şəhər sakini Rüfət Muradova məxsus mağazadan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamış Lənkəran rayon sakini Samid Ağayev, Cəlilabad rayon sakini Ramin Əmənov, Kürdəmir rayon sakinləri Vəfalı Əsgərov və Baxış Baxşıyev tutulublar.
Ətraflarında aparılmış əməliyyat tədbirlərilə onların daha 9 mənzildən təmir-tikinti alətləri, inşaat materialları, məişət və geyim əşyaları oğurlamaları da müəyyən edilib.
S.Ağayevin Qaradağ Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə axtarışda olması müəyyən edilib.
1news.az