İlham Əliyev vəzifəsindən azad etdiyi rektoru “Şöhrət” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev A.D.İsgəndərovun Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin”.
Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə A. İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib.
1news.az
885