Federika Moqerini: “İntiqam Əliyevin azadlığa buraxılması daha bir müsbət irəliləyişdir”
“Son iki ilini həbsxanada keçirən insan haqları üzrə vəkil İntiqam Əliyevin azadlığa buraxılması qərarı bu ayın əvvəlində siyasi partiya, QHTvə jurnalistlərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamından sonra Azərbaycanda daha bir müsbət irəliləyişdir.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin bəyanatında deyilir.
Onun sözlərinə görə, bu addımlar uzun müddətdir gözlənilirdi və Avropa İttifaqı ümid edir ki, yeni həbs olunmuşların, siyasi səbəbdən ölkədən çıxmasına qadağa qoyulmuş şəxslərin tam azadlığa buraxılması və reabilitasiyası ilə bu addımlar davam edəcək:
“Bunu BMT-nin, ATƏT-in üzvü olan Azərbaycanın götürdüyü öhdəliklər tələb edir. Azad vətəndaş cəmiyyəti ölkənin rifahı və sabitliyi üçün vacib töhfə yaradır”.
1news.az