Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

22:57 - 28 / 03 / 2016
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-160, Kiçik Qafqazın çaylarında 100-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, martın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 272 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 165 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 85 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 75 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, martın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Salyanda 10, Şirvanda 22,  Bankədə 8,  Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 394 sm (2015-ci il martın 28-də 367 sm), Şirvanda 293 sm (2015-ci il martın 28-də 237 sm), Salyanda 247 sm (2015-ci il  martın 28-də 193 sm), Bankədə 195 sm (2015-ci il martın 28-də 191 sm), Araz çayının Novruzlu məntəqəsində isə 105 sm (2015-ci il martın 28-də 107 sm) təşkil edir. 

1news.az

 

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər