Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasına sədr müavini təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasına sədr müavini təyin edilib

13:29 - 29 / 03 / 2016
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasına sədr müavini təyin edilib

28 mart 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Nigar Ramiz qızı Məmmədova Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini təyin edilib.

1news.az xəbərt verir ki, bu barədə Trend Palataya istinadən məlumat verir.

Nigar Məmmədova 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini və Amerika Birləşmiş Ştatlarında Brandeys Universitetinin maliyyə üzrə magistr pilləsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayan Nigar Məmmədova müxtəlif vəzifələrdə çalışmış və Bazar əməliyyatları departamentinin direktoru vəzifəsinədək yüksəlmişdir.

Paylaş:
1152

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər