ATƏT PA İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıb | 1news.az | Xəbərlər
Siyasət

ATƏT PA İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıb

19:10 - 29 / 03 / 2016
ATƏT PA İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıb

“İntiqam Əliyevin azadlığa buraxılması həm özü, həm də Avropa İnsan Haqları Məhkəməsində daxil olmaqla hüquqları müdafiə etməyə davam etdiyi şəxslər adına çox vacib və müsbət addımdır”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbər görə görə, bu barədə ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin sədri İsabel Santosun bəyanatında deyilir.

O bildirib ki, indi İntiqam Əliyevin Azərbaycan vətəndaşlarının mülki hüquqlarını müdafiə etmək işinə qayıda biləcəyinə ümid edir.

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin isə əfv sərəncamının ardından İntiqam Əliyevin azadlığa buraxılmasını hökumətin tək beynəlxalq ictimaiyyət deyil, həm də öz əhalisi ilə işləməyə hazır olduğunun göstəricisi hesab etdiyini vurğulayıb.

1news.az

Paylaş:
892

Son xəbərlər

Bütün xəbərlər