Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub

11:01 - 29 / 03 / 2016
Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub.

1news.az nazirliyin mətbuat xidmətindən verilən məlumata görə nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsində dəqiq fənlər üzrə 271, humanitar fənlər üzrə 415 şagird iştirak edəcək.

Şagirdlər öz nəticələri barədə məlumatı aidiyyəti təhsil şöbələrindən (idarələrindən) əldə edə bilərlər.

Final mərhələsində şagirdlər iki qrup üzrə biliklərini sınayacaqlar. Belə ki, X və XI siniflər yuxarı yaş qrupu kateqoriyasında, IX və xüsusi istedadı ilə seçilən daha aşağı sinif şagirdləri isə aşağı yaş qrupu kateqoriyasında eyni materiallar üzrə sualları cavablandıracaqlar.

Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər.

Fənn olimpiadalarının dəqiq fənlər üzrə final mərhələsi 15-17 aprel, humanitar fənnlər üzrə isə 22-24 aprel tarixlərində keçiriləcək. Final mərhələsinin ilk günü qeydiyyat və açılış mərasimi, ikinci günü  - final mərhələsi, üçüncü günü isə nəticələrin elanı və apelyasiya olacaq.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib. Bu mərhələdə  27 500-dən çox şagird iştirak edib. Olimpiadanın yarımfinal turunda isə 4500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirib.

1news.az

Paylaş:
624

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər