Ceyms Uorlik: “Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqton sammitində görüşünü planlaşdırmır” | 1news.az | Xəbərlər
Siyasət

Ceyms Uorlik: “Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqton sammitində görüşünü planlaşdırmır”

11:12 - 29 / 03 / 2016
Ceyms Uorlik: “Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqton sammitində görüşünü planlaşdırmır”

ATƏT-in Minsk qrupunun həmsədrləri Vaşinqtonda keçriləcək IV Nüvə Təhlükəsizliyi sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü planlaşdırmır.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu Minsk qrupunun ABŞ üzrə həmsədri Ceyms Uorlik bəyan edib.

"Hazırda prezidentlərin Vaşinqtonda görüşü barədə heç bir plan yoxdur. Bununla belə, bu il prezidentlər arasında aktiv dialoqun aparılmasına vasitəçi olmağa hazırıq. Digər həmsədrlərin adından Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişini müzakirə etmək üçün tərəflərlə görüşlər keçirməyi planlaşdırıram", - deyə C.Uorlik vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Ermənistan KİV-i diplomatik mənbələrə istinadla vasitəçilərin Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışdıqlarını bildirmişdi.

Onu da əlavə edək ki, 2015-ci il dekabrın 3-də ABŞ prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda dövlət başçısını 31 mart - 1 aprel tarixlərində Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etmişdi.

Ermənistan prezidenti Serj Sarqsyan da sammitdə iştirak etmək üçün dəvət alıb.

1news.az

Paylaş:
630

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər