DİN Əkrəm Əylislinin saxlanılmasının səbəblərini açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN Əkrəm Əylislinin saxlanılmasının səbəblərini açıqlayıb

14:52 - 30 / 03 / 2016
DİN Əkrəm Əylislinin saxlanılmasının səbəblərini açıqlayıb

Daxili İşlər Nazirliyi yazıçı Əkrəm Əylislinin saxlanılmasına aydınlıq gətirib.

1news.az-anazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Əylisli İtaliyada keçiriləcək kitab festivalında iştirak etmək üçün gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. 

1news.az

Paylaş:
536

Son xəbərlər

Bütün xəbərlər