Bakının “Titaniki” yolun ortasında suya qərq oldu-FOTO-VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının “Titaniki” yolun ortasında suya qərq oldu-FOTO-VİDEO

16:23 - 30 / 03 / 2016
Bakının “Titaniki” yolun ortasında suya qərq oldu-FOTO-VİDEO

Çərşənbə axşamından başlayan güclü yağış növbəti dəfə kommunal  xidmətləri və şəhər sakinlərini qəfil yaxaladı.

Xüsusilə, Bakı küçələrində meydana gələn “Amazon”, “Qanq”, Xyanxe” ye bənzər çayların bulanıq sularında maşınları hərəkətsiz qalan sürücülər əziyyət çəkib. Onlar şəhərin küçə prospektlərində kanalizasiya sularının təmizlənə bilməməsinin artıq “ənənəyə” çevrilməyinin qurbanı olublar.

Amma bu vəziyyətə belə sürücülərdən biri yumor hissini itiməyərək eynində heç olmasa nəyinsə qura qalması üçün çorablarını və ayaqqabılarını çıxarıb köməyə gələnlərə uzadır.

1news.az dəfələlərlə bu mövzunu işıqlandırsa da, vəziyyət idealdan hələ çox uzaqdır.

Paylaş:
731

Son xəbərlər

Bütün xəbərlər