Nazir müavini Azərbaycana gələn turist axınının səbəblərini açıqlayıb
“Bizdə Novruz bayramı ərəfəsində Azərbaycana İrandan gələn turstlərin konkret statistik göstəriciləri yoxdur”.
1news.az-ın verdiyi xəbər görə, bunu jurnalistlərə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.
“Bununla əlaqədar olaraq Dövlət Sərhəd Xidmətinə sorğu göndərilib və yaxın günlərdə ona cavab alacağıq”, - o, bildirib.
Onun sözlərinə görə, söhbət ölkəyə gəlmiş on minlərlə turistdən gedir:
“Bu cür ajiotaj 2011-ci ildə də baş vermişdi. Burada əlbəttə ki, bir çox faktorlar var. İkinci devalvasiyadan sonra Azərbaycan turistlər üçün daha cəlbedici və rəqabətədavamlı ölkə olub. Bu məsələdə həmçinin viza rejiminin sadələşdirilməsi də olduqca əhəmiyyətli rol oynayıb. Bundan əlavə, qonşu ölkələr kimi Azərbaycana İrandan gələn turistlərlə bağlı dil problemi yoxdur”.
Həmçinin o, bildirib ki, Rusiyadan turist axınının çoxalmasının da obyektiv və subyektiv səbəbləri var.
N.Səmədov qeyd edib ki, əgər əvvəllər Rusiyadan Azərbaycana ticarət məqsədilə gəlirdilərsə, artıq indi yalnız səyahət üçün gəlirlər:
“Əgər ötən ilin statistikasına nəzər salsaq, görərik ki, Rusiyadan Azərbaycana gələn turistlərin sayı 30-40% artıb. Biz artıq onlar üçün bahalı turizm respublikası hesab edilmirik”.
1news.az