Nazim Səmədov: “Azərbaycanın başlıca problemi iki və üçulduzlu otellərin azlığıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazim Səmədov: “Azərbaycanın başlıca problemi iki və üçulduzlu otellərin azlığıdır”

17:50 - 30 / 03 / 2016
Nazim Səmədov: “Azərbaycanın başlıca problemi iki və üçulduzlu otellərin azlığıdır”

“Mədəniyyət və Turizm Nazirliyinin hansısa mehmanxana və ya restoranların qiymətinin aşağı salınması ilə bağlı səlahiyyəti yoxdur”.

1news.az-ın verdiyi xəbər görə, bunu jurnalistlərə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.

Onun sözlərinə görə, əgər xarici valyuta ilə hesablasaq, o zaman Azərbaycanda mehmanxanaların qiyməti tamamilə uyğundur.

“Novruz bayramına qədər Bakıda beşulduzlu otellərin qiyməti Gürcüstanla müqayisədə 3-4 dəfə, dördulduzlu otellər isə 2 dəfə ucuz olub. Azərbaycanın başlıca problemi iki vəüçulduzlu otellərin azlığıdır”, - deyə o, bildirib.

Nazir müavini qeyd edib ki, nəhəng holdinq və sahibkarlar respublikada iki və üçulduzlu otellərin tikilməsində maraqlı olmayıblar, çünki bu, onlar üçün əhəmiyyəli olmayıb:

“Lakin iki və üçulduzlu otellərə qoyulan sərmayələr tez bir zamanda geri qayıdır, buna görə də, bu istiqamətdə işləri gücləndirmək lazımdır”.

1news.az

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər